...

Xələf Xələfov: İranda saxlanılan vətəndaşların günahı yoxdursa, onların azad olunması üçün Azərbaycan dövləti əlindən gələn bütün tədbirləri görəcək

Siyasət Materials 10 May 2013 11:56 (UTC +04:00)
"Azərbaycan vətəndaşlarının İranda həbsi xoşəgəlməz haldır". Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov: İranda saxlanılan vətəndaşların günahı yoxdursa, onların azad olunması üçün Azərbaycan dövləti əlindən gələn bütün tədbirləri görəcək

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan vətəndaşlarının İranda həbsi xoşəgəlməz haldır". Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələfovun sözlərinə görə, bu cür hallar tez-tez baş verdikcə, əlbəttə, bu ictimayyətin narahatçılığına və eyni zamanda dövlət orqanı kimi "bizim də narahatçılığımıza səbəb olur".

"Azərbaycan dövlətinin borcudur, ölkənin diplomatik təmsilçilərinin biləvasitə vəzifəsidir ki, digər ölkələrdə saxlanılan və ya məhsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilsin. Biz də bunu edirik. Eyni zamanda, Azərbaycan vətəndaşlarının da İranda saxlanılması ilə bağlı diplomatik nümayəndələr lazimi tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması məsələsi araşdırılıb. İndi İran tərəfi hələ də Azərbaycan vətəndaşlarının hansı səbəbdən saxlanıldıyını tam açıqlamayıb. Amma hər halda bütün məsələlər aydın olacaq. Əgər İranda saxlanılan vətəndaşların günahları yoxdursa, onların azad olunması üçün Azərbaycan dövləti əlindən gələn bütün tədbirləri görəcəkdir".

Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti