Ukrayna, Odessa, 22 may /Trend/
Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı və ASAIF-in dəstəyi ilə iki gün davam edən "Reallaşan ideyalar" forumu dünən "Sade Pabeda" konsert zalında təşkil olunmuş qala-konsertlə başa çatıb.
Trend-in məlumatına görə, UAGB-nin sədri Anar Tahirov qala-konserti açıq elan etdikdən sonra forumun təşkilində dəstəyə görə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyli, ASAIF-in baş katibi Vüsal Qurbanov fərqlənmiş gənclərə diplomlar təqdim ediblər.
Qala-konsert Azərbaycandan gəlmiş incəsənət xadimlərinin konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd Azərbaycan, Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən azərbaycanlı tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etməkdir. Forumun son günü Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.