...

Deputat: Azərbaycan və ABŞ arasında münasibətlər müsbət məcrada inkişaf edir

Siyasət Materials 27 May 2013 20:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycan və ABŞ arasında münasibətlər müsbət məcrada inkişaf edir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda jurnalistlərə Nümayəndələr Palatasının Vayominqdən olan deputatı Ketrin Konoli bildirib.

Konoli deyib: "Bu, Azərbaycana ilk səfərimdir. Azərbaycan xalqı çox qonaqpərvərdir. Çox gözəl ölkəniz var. Biz parlament, Qobustan və İşərişəhərdə olduq. Azərbaycan və ABŞ arasında münasibətlər müsbət məcrada inkişaf edir. Mədəniyyətlərimizdə həm oxşar, həm də fərqli cəhətlər var, buna görə də bir-birimizdən öyrənilməli şeylər var".

Onun sözlərinə görə, iqtisadi əlaqələrin böyük potensialı var və bu əlaqələr təbii resurslardan qarşılıqlı sərfəli şərtlərlə istifadə etməklə strateji tərəfdaşlıq səviyyəsinədək inkişaf edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti