Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan tolerantlığa, müxtəlif dinlərə aid insanların birgə yaşayış modelinə görə nümunədir. Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkilatçılarının keçirdiyi birgə mətbuat konfransında İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl-Tüveycri bildirib.
Baş katibin sözlərinə görə, Azərbaycan inkişaf edib və bu ölkə İSESKO-nun dəstəyinə layiqdir: "Bəzi ölkələr hesab edirlər ki, elm İslama ziddir. Biz dindən inkişafa zərbə vuran amil kimi istifadə etməməliyik".
Əl-Tüveycri bildirib ki, dini siyasətə qatmaq olmaz. İstənilən din zorakılığı deyil, sülh və əmin-amanlığı təbliğ edir.