...

Prezident İlham Əliyev II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib

Siyasət Materials 30 May 2013 10:28 (UTC +04:00)
Bu gün Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.
Prezident İlham Əliyev II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edib

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əliyev/

Mayın 30-da Bakıda, Heydər Əliyev Mərkəzində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.
Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar. Prezident İlham Əliyev Forumun açılışında nitq söylədi.

Sonra BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESCO-nun baş direktoru xanım İrina Bokova, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri çıxış etdilər.

Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Forumun iştirakçıları Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində fləşmob keçirildi.
Dövlətimizin başçısı fləşmoba baxdı.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti