...

ABŞ səfiri azərbaycanlı gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanat verib

Siyasət Materials 25 İyun 2013 17:15 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar azərbaycanlı gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanat verib.
ABŞ səfiri azərbaycanlı gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanat verib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar azərbaycanlı gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanat verib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan bəyanatda deyilir: "Mətbuatın məlumatına əsasən, dünən "Nida" təşkilatının iki üzvü - Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Biz adıçəkilən şəxslərin və bu il ərzində keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik".

Riçard Morninqstar bəyanatında hökuməti saxlanılan bütün şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanunun aliliyini, o cümlədən, təxirəsalınmaz, ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırıb:

"Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparmağı davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti