...

Səfir: Azərbaycanla ticarət əlaqələrinin inkişafında İranın Şərqi Azərbaycan əyalətinin rolu artıb

Siyasət Materials 7 İyul 2013 10:27 (UTC +04:00)
Son illərdə İranın Şərqi Azərbaycan əyalətinin xüsusi ilə Təbriz şəhərinin rolu Azərbaycanla ticarət əlaqələrinin inkişafında artıb.
Səfir: Azərbaycanla ticarət əlaqələrinin inkişafında İranın Şərqi Azərbaycan əyalətinin rolu artıb

Azərbaycan, Bakı,7 iyul /Trend, müxbir T.Cəfərov/

Son illərdə Azərbaycanla ticarət əlaqələrinin inkişafında İranın Şərqi Azərbaycan əyalətinin, xüsusilə Təbriz şəhərinin rolu artıb. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Əlirza Beygi ilə görüşündə deyib.

Axundov bildirib ki, Azərbaycan və İran arasında dəmiryol xətlərinin tikilməsi iki ölkədə mövcud iqtisadi potensialdan daha səmərəli istifadəyə imkan yarada bilər.

Səfir qeyd edib ki, Azərbaycan üçün İranla iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm daşıyır.

İranın Şərqi Azərbaycan əyalətinin başçısı Beygi də bidirib ki, İran və Azərbaycan arasında dəmiryol xətlərinin tikilməsi məsələsi iki ölkənin müştərək komissiyasında araşdırılır.

Beygi əlavə edib ki, qonşu ölkələrlə yükdaşımalar və enerji istehsalı sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün bütün potensialdan istifadə olunmalıdır.

O deyib ki, Şərqi Azərbaycan əyalətində ərzaq məhsulları istehsalı, eləcə də avtomobil ehtiyat hissələrinin istehsalı sahəsinə investisiya yatırmaq üçün geniş potensial mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti