...

ATƏT sədri Ermənistana səfərini yenidən təxirə saldı

Siyasət Materials 8 İyul 2013 14:58 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Ermənistana səfərini yenidən təxirə salıb.
ATƏT sədri Ermənistana səfərini yenidən təxirə saldı

Azərbaycan, Bakı, 8 iyul /Trend/

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Ermənistana səfərini yenidən təxirə salıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə "Novosti-Armeniya"ya bildirib.

Məlumata görə, səfər bir həftəyə, təqribən iyulun 15-nə qədər təxirə salınıb. Lakin hazırda dəqiq tarix müəyyənləşdirilir.

Qeyd edək ki, Kojaranın Ermənistana səfəri artıq ikinci dəfədir təxirə salınır. Daha əvvəl o, regionun hər 3 ölkəsinə səfər etməyi planlaşdırmışdı, lakin yekunda yalnız Tbilisiyə səfər etmişdi.

ATƏT sədri hazırda Bakıda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti