...

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər

Siyasət Materials 23 İyul 2013 12:02 (UTC +04:00)
Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Leonid Kojara Brüsseldə ikitərəfli münasibətlərin aktual məsələlərini və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Azərbaycan və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Leonid Kojara Brüsseldə ikitərəfli münasibətlərin aktual məsələlərini və beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyətini müzakirə ediblər. Bu barədə Trend çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

Nazirlərin görüşü Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin IV görüşü çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti