...

İran Prezidentinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri təmsil edəcək

Siyasət Materials 25 İyul 2013 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İran Prezidentinin andiçmə mərasimində iştirak edəcək. Trend IRIB telekanalına istinadən məlumat verir ki, bu barədə Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İran parlamentinin deputatı Mirqismət Musəvi Əsl ilə görüşdə deyib.

Görüşdə iranlı rəsmi iki ölkənin deputatları arasında münasibətlərin dostluq qrupları çərçivəsində artırılmasının əhəmiyyətini vurğulayıb.

O bildirib ki, parlamentlər arasındakı əlaqələrin güclənməsi iki ölkənin münasibətlərinin möhkəmləndirilməsi baxımından vacibdir.

Görüşdə C.Axundov vurğulayıb ki, Azərbaycanın İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etməsi iki ölkənin münasibətlərinin, xüsusilə parlamentlər arasındakı münasibətlərin inkişafında önəmli rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti