...

ATƏT sədri təşkilatın Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbulunu alqışlayır

Siyasət Materials 26 İyul 2013 20:20 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara cümə günü təşkilatın üzv ölkələrinin ATƏT-in Azərbaycandakı iştirak mandatı haqqında qərarını alqışlayır.
ATƏT sədri təşkilatın Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbulunu alqışlayır

Azərbaycan, Bakı, 26 iyul /Trend/

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara cümə günü təşkilatın üzv ölkələrinin ATƏT-in Azərbaycandakı iştirak mandatı haqqında qərarını alqışlayır. Bu barədə Trend təşkilatın rəsmi saytına istinadən məlumat verir.

Kojara bildirib: "ATƏT-in Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbul edilməsi təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə istiqamətlənmiş ATƏT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır".

Onun sözlərinə görə, qərar özündə Azərbaycan hökumətinin bu məsələdə tərəqqi əldə etmək istəyinə müsbət cavabı əks etdirir.

Mandat 2014-cü il yanvarın 1-də qüvvəyə minəcək. Layihələrin əlaqələndiricisi ATƏT-in Bakı ofisində görülən vacib işlərə əsaslanacaq.

Daimi Şura, həmçinin ATƏT-in Yerevan ofisinin mandatının dekabrın 31-dək uzadılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti