...

Mirmahmud Mirəlioğlu: Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi məsələsi birbaşa onun istəyindən asılıdır

Siyasət Materials 29 İyul 2013 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/

Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi məsələsi birbaşa onun istəyindən, arzusundan və planından asılıdır. Onun planı olacaqsa, Bakıya gəlişi reallaşacaq. Bunu Trend-ə Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

M.Mirəlioğlu bildirib ki, əgər R.İbrahimbəyov Bakıya dönməsə və Milli Şuranın vahid namizəd məsələsi olmayacaqsa, onda başqa hal yaranacaq.

KXCP sədri Şuranın alternativ namizədinin olma ehtimalı ilə bağlı deyib ki, Milli Şuranın vahid namizədi müəyyənləşib və bundan o tərəfə nə isə müəyyənləşdirmək mümkün deyil: "Milli Şuranın vahid namizədindən başqa məsələ gündəmi tutmur, başqa namizədlər olacaqsa, artıq bunlar Milli Şuranın namizədi olmayacaq".

M.Mirəlioğlu R.İbrahimbəyovla görüşmək üçün Tbilisidə keçiriləcək görüşdə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya gəlməsi ilə bağlı məsələ təxirə salındı. Rüstəm İbrahimbəyov iyunun 30-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gedəcək. Milli Şuranın rəhbərliyinə daxil olan təxminən 15 siyasətçi də Tbilisi şəhərinə gedərək orada görüş keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti