...

MSK: Azərbaycanda keçirilən seçkilərdə şikayətlərin azalması tendensiyası müşahidə olunur

Siyasət Materials 31 İyul 2013 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İ.İzzət/

Artıq Azərbaycanda keçirilən seçkilərdə şikayətlərin azalması tendensiyası müşahidə olunur. Burada aparılan maarifləndirmə işlərinin xüsusi rolu var. Trend xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

DSK sədrləri qarşısında "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması" mövzusunda çıxış edən natiq Məmmədovun sözlərinə görə, Azərbaycanda 5 milyona yaxın seçici proses iştirakçıları kimi seçkilərdə iştirak edir. Sayın çox olması seçkinin mahiyyətindən irəli gəlirsə, bu seçici, vətəndaş hüquqlarının qorunması ilə bağlı müəyyən suallar da ortaya çıxara bilər.

MSK sədrinin müavini qeyd edib ki, artıq məntəqə seçki komissiyalarında şikayayətlərlə bağlı oturuşmuş bir sistem formalaşıb. Onların obyektiv və qərəzsiz araşdırılması mexanizmi qurulub.

Natiq Məmmədov bildirib ki, şikayətin onlara nə dərəcədə aid olub-olmamasından asılı olmayaraq vətəndaşların şikayətlərinə laqeyd yanaşılmamalıdır: "Seçki prosesi iştirakçısının müəyyən məsələlərdən bu və ya digər formada narazı qalmaq hüququ var. Məntəqə seçki komissiyalarına onların səlahiyyətlərinə aid olmayan şikayətlər də daxil ola bilər. Onların əsas fəaliyyəti seçiciləri müəyyən edib onların səsverməsini təmin etməkdən ibarətdir. Lakin şikayətlərə laqeyd yanaşmaq haqqı yoxdur. Ona görə də orada 2 şikayət kitabı mövcud olur. Biri seçki günü edilən şikayətlər, digəri isə səsvermə gününə qədər olan şikayətlər üçündür."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti