...

Kreml: Rusiya və Ermənistan prezidentləri MDB-də inteqrasiya proseslərini müzakirə edəcəklər

Siyasət Materials 30 Avqust 2013 14:25 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin öz erməni həmkarı Serj Sarkisyanla siyasət, ticarət-iqtisadiyyat, energetika və humanitar sahələrdə qarşılıqlı təsirləri müzakirə edəcək.
Kreml: Rusiya və Ermənistan prezidentləri MDB-də inteqrasiya proseslərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 30 avqust /Trend /

Rusiya Prezidenti Vladimir Putin öz erməni həmkarı Serj Sarkisyanla siyasət, ticarət-iqtisadiyyat, energetika və humanitar sahələrdə qarşılıqlı təsirləri müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə "Rusiyanın "RİA Novosti" agentliyi Kremlin mətbuat xidmətinə istinadən bildirib.

Prezidentlərin görüşü sentyabrın üçündə Moskvada baş tutacaq.

Məlumatda bildirilir: "Görüşdə, o cümlədən MDB məkanında inteqrasiya proseslərinin müzakirəsi, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərinin müzakirə olunacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti