...

Rusiyalı politoloq: Azərbaycanın siyasəti öz sistemliliyi ilə seçilir

Siyasət Materials 2 Sentyabr 2013 13:58 (UTC +04:00)
Azərbaycanın siyasəti öz sistemliliyi ilə seçilir.
Rusiyalı politoloq: Azərbaycanın siyasəti öz sistemliliyi ilə seçilir

Azərbaycan, Bakı, 2 sentyabr /Trend /

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Məkanı Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyayevski hesab edir ki, Azərbaycanın siyasəti öz sistemliliyi ilə seçilir.

Çernyayevski Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Dəyişən dünyada Cənubi Qafqaz" II forumunda çıxışı zamanı bildirib: "Bu gün Azərbaycanın inkişafını Moskvada, Brüsseldə, həm də Vaşınqtonda diqqətlə mizləyirlər. Azərbaycanın siyasəti öz sistemliliyi ilə seçilir. Məhz bu sistemliliyə görə, Azərbaycan öz müsbət nəticələrini göstərib".

Onun sözlərinə görə, Azərbaycan müasirləşmədə maraqlıdır və dəyişən dünya şərtlərində müasirləşmə ölkəyə davamlı inkişafa nail olmaqda kömək edir.

Dağlıq Qarabağ problemi məsələsinə toxunan Çernyayevski vurğulayıb ki, 20 ildən artıq müddətdir ki, dünya birliyi bu məsələdə irəliləyişə nail ola bilmir: "Hazırda Azərbaycan hərbi xərclərə, qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına böyük pullar xərcləyir. Bütün bu vəsait digər layihələrə xərclənə bilərdi və bundan qonşu dövlətlər də yaralana bilərdilər".

O vurğulayıb: "Lakin hazırda Ermənistan Dağlıq Qarabağ problemində status-kvo vəziyyətinin saxlanılması mövqeyini nümayiş etdirir. Azərbaycan rəhbərliyi vaxtında qan tökülməsinin dayandırılmasına nail olmaqla müdrik qərar qəbul edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti