...

İlham Əliyev Azərbaycan və Koreya hökumətləri arasında kreditlərə dair sazişi təsdiq edib

Siyasət Materials 2 Sentyabr 2013 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyunun 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan alınacaq kreditlərə dair Saziş”in təsdiq edilməsi haqqında fərman imzalayıb.
İlham Əliyev Azərbaycan və Koreya hökumətləri arasında kreditlərə dair sazişi təsdiq edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyunun 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan alınacaq kreditlərə dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti