...

Rusiya və İran prezidentləri yaxın vaxtlarda görüşəcəklər

Siyasət Materials 9 Sentyabr 2013 17:06 (UTC +04:00)
Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani yaxın vaxtlarda görüşəcəklər.
Rusiya və İran prezidentləri yaxın vaxtlarda görüşəcəklər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani yaxın vaxtlarda görüşəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iranlı həmkarı Hüseynəmir Abdullahiyanla görüşdə deyib.

Boqdanovun sözlərinə görə, yaxın vaxtlarda İranın yeni seçilmiş Prezidenti ilə yüksək səviyyədə görüş gözlənilir.

Qeyd edək ki, cümə günü Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti