Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İrfan Siddiqi qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov İ.Siddiqi Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa İttifaqı münasibətləri, Yaxın Şərqdə gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Britaniyalı səfir iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsinin tərəfdarı olduqlarını bildirib.