...

Türkiyədə təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirilir

Siyasət Materials 10 Sentyabr 2013 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkənin təhlükəsizlik məsələləri ilə bağlı görüş keçirilir.

Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, görüşdə Baş nazirin müavini Bəşir Atalay, Baş Qərargahın rəhbəri Nejdət Özəl, XİN rəhbəri Əhməd Davudoğlu, daxili işlər naziri Müəmmər Gülər, müdafiə naziri İsmət Yılmaz və Türkiyə Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan iştirak edir.

İclas zamanı Suriya böhranı daxil olmaqla regiondakı problemlərin müzakirə ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti