...

Minə yaxın PKK yaraqlısı Türkiyə ərazisini tərk edib

Siyasət Materials 12 Sentyabr 2013 11:35 (UTC +04:00)
Yaraqlıların Türkiyə ərazisindən çıxıarılması prosesinin başlamasından sonra terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) minə yaxın yaraqlısı ölkəni tərk edib.
Minə yaxın PKK yaraqlısı Türkiyə ərazisini tərk edib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yaraqlıların Türkiyə ərazisindən çıxıarılması prosesinin başlamasından sonra terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) minə yaxın yaraqlısı ölkəni tərk edib. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin DİN tərəfindən hazırlanan hesabatda bildirilir.

Hesabatda göstərilir ki, ölkəni hər birində 14-16 nəfər olmaqla 65 yaraqlı qrupu tərk edib. İl ərzində PKK-ya təxminən 1200 nəfər qoşulub ki, onlar hələ də Türkiyə ərazisindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti