...

Rusiya Ermənistanı Kalininqrad statusu ilə öz tərkibinə salmaqla beynəlxalq və regional siyasətində ciddi dönüş yarada bilər

Siyasət Materials 18 Sentyabr 2013 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend, müxbir S.Əhmədova /

Rusiya Ermənistanı Kalininqrad statusu ilə öz tərkibinə salmaqla beynəlxalq və regional siyasətində ciddi dönüş yarada və çox böyük təhlükələrdən xilas ola bilər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən brifinqdə bildirib.

"Ermənistan yenidən Aİ-yə inteqrasiya olunmaq, Vilnüs sammitində iştirak etmək, assosiativ üzvlüklə bağlı müqaviləni paraflamaq niyyətini ortalığa qoydu. Ermənistanın prezidenti S.Sarkisyanın Moskvada Gömrük İttifaqına, eləcə də Avroasiya İqtisadi Komissiyasına üzvlüklə bağlı etdiyi müraciət dərhal unuduldu".

Politoloqun sözlərinə görə, Ermənistanın siyasətinin hər hansı istiqamətə konkretləşməsi onun faciəsidir:

"Ona görə Ermənistan siyasətinin hansısa bir "qərb" və ya "şimal" istiqamətlənməsinə imkan verməyəcək. Buna görə o, konfliktogenliyini artıq işə salıb, RF ilə Aİ arasında konfliktin başlanğıcını qoydu. Bütün hallarda o, belə konfliktogen mühitin saxlanmasına çalışacaq. Çünki Ermənistanın mövcudluğu üçün konfliktogenliyindən başqa resursu yoxdur. Ermənistanda başa düşürlər ki, Rusiya Aİ-ni və ABŞ-ı dağıtmaq gücündə deyil və ona görə bu istiqamətdə pul xərcləməyəcək".

Mərkəzin direktoru hesab edir ki, Qərbin əlində antirusiya alət olub pul və dividend qazanmaq istiqamətində isə ermənilərin təcrübəsi böyükdür: "İngilislərlə birləşib İranda rus səfirini öldürdükdən sonra ermənilər heç bir cəza almadılar. Əksinə, bir müddətdən sonra Rusiya tərəfindən mükafatlandırıldılar. Moskvada metronu partladan, saxta pul kəsməklə SSRİ-də iqtisadi diversiya törədən ermənilər də ruslar tərəfindən cəzalandırılmadılar".

M.Əhmədoğlunun sözlərinə görə, ermənilər SSRİ-nin dağılması işinə ümumilikdə Rusiyanın siyasi elitasının yarısını qoşa bilmişdilər: "Ermənilərin bütün fəaliyyətləri Qərbin xüsusi xidmət orqanları vasitəsilə koordinasiya olunurdu. İndi erməni xalqının ağsaqqalı, hakim "Respublika" partiyasının parlament fraksiyasının rəhbəri Q.Saakyan Rusiyanı hədələməkdən çəkinmir: Rusiyanın daxilində ermənilər çoxdur, bu ermənilər ayağa qalxıb Rusiyanı daxildən dağıda bilərlər. O, RF prezidenti V.Putinin müşaviri S.Qlazyevi "bambılı" (vıskoçka) adlandırdı. S.Qlazyev Ermənistanla Gömrük İttifaqı arasında coğrafi əlaqənin olmaması məsələsini Kalininqradın da Rusiya ilə coğrafi əlaqəsinin olmaması ilə müqayisə etmişdi. Ermənistanın Kallininqrad statusu ilə Rusiyanın tərkibinə daxil olması ideyası bizim mərkəz üçün doğma ideyadır. Əgər Ermənistan üçün coğrafi əlaqə vacibdirsə, nəzərə alınmalıdır ki, Ermənistanın nə Aİ, nə də KTMT ilə coğrafi əlaqəsi yoxdur. Amma Ermənistan bu qurumlara üzvlükdə hədsiz maraqlıdır. Meğri dəmiryolunun fəaliyyətinə də yeganə maneə yalnız Ermənistan tərəfdəndir. Ermənistan Rusiya üçün böyük sürətlə problemlər yaratmaqdadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti