...

Azərbaycanda prezidentliyə namizəd müəyyən səfirliklərin təlimatı ilə hərəkət edən qüvvələrin ona təzyiq etdiklərini iddia edir

Siyasət Materials 19 Sentyabr 2013 13:52 (UTC +04:00)
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınmış Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Azərbaycanda fəaliyyət göstərən müəyyən səfirliklərin təlimatı ilə hərəkət edən bəzi qüvvələrin ona təzyiq etdiklərini iddia edir.
Azərbaycanda prezidentliyə namizəd müəyyən səfirliklərin təlimatı ilə hərəkət edən qüvvələrin ona təzyiq etdiklərini iddia edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınmış Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev Azərbaycanda fəaliyyət göstərən müəyyən səfirliklərin təlimatı ilə hərəkət edən bəzi qüvvələrin ona təzyiq etdiklərini iddia edir.

H.Hacıyev Trend-ə bildirib ki, bütün bunlara baxmayaraq, prezident seçkilərində iştirakını davam etdirmək qərarına gəlib: "Müəyyən səfirliklərdən göndərilən hazır konsepsiya ilə hərəkət edən bəzi qüvvələr var ki, bizə təzyiq göstərirlər ki, mən namizədliyimi geri götürüm. Lakin bizə olan hücumlara baxmayaraq, partiyanın bu gün keçirilən geniş iclasında seçkilərdə axıra qədər iştirak etmək qərarına gəldik".

Maliyyə sıxıntılarına gəlincə isə H.Hacıyev bu problemin mövcud olduğunu təsdiq edərək qeyd edib ki, bu, partiyanın seçkilərdə axıra qədər getməsinə maneçilik törətməyəcək: "Partiya üzvləri bu yolda hətta öz əmlaklarını da satmağa hazırdırlar".

Qeyd edək ki, Müasir Müsavat Partiyasının maliyyə sıxıntıları ilə əlaqədar H.Hacıyevin namizədliyini geri götürəcəyi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti