...

Ümumdünya Humanitar Yardım Sammiti ilk dəfə İstanbulda keçiriləcək

Siyasət Materials 27 Sentyabr 2013 08:10 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun ilk dəfə təşkil olunacaq Ümumdünya Humanitar Yardım Sammitinin 2016-cı ildə İstanbulda keçiriləcəyini bildirib.
Ümumdünya Humanitar Yardım Sammiti ilk dəfə İstanbulda keçiriləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun ilk dəfə təşkil olunacaq Ümumdünya Humanitar Yardım Sammitinin 2016-cı ildə İstanbulda keçiriləcəyini bildirib.

Trend "Anadou" agentliyinə istinadən məlumat verir ki, P.G.Mun xeyli sayda ölkənin bu sammiti təşkil etmək istədiyini, xüsusilə İsveçrənin bu məsələdə çox istəkli olduğunu bildirib: "Ciddi dəyərləndirmədən sonra Türkiyə hökumətinin tələbini qəbul edərək sammitin ilk dəfə İstanbulda təşkil edilməsinə qərar verdim".

Türkiyədə 450 mindən çox suriyalı qaçqının olduğunu qeyd edən baş katib bu ölkədə 2011-ci ildə güclü zəlzələ baş verdiyini və Vanda xeyli sayda insan tələfatı olduğunu xatırladaraq, belə cəsarətli təklifə görə ilk Ümumdünya Humanitar Yardım Sammitinə ev sahibliyi edəcək Türkiyəyə təşəkkürünü bildirib.

Əsasən humanitar və təcili tibbi yardımların göstərilməsi kimi məsələlərin müzakirə ediləcəyi sammit 2016-cı ilin əvvəllərində keçiriləcək.

P.G.Mun gələn ilin yanvar ayında Suriyaya yardım üçün konfrans keçiriləcəyini də bildirib.

Xəbər lenti

Xəbər lenti