...

MSK prezident seçkilərində "exit-poll" keçirmək üçün daha 3 təşkilatla bağlı müsbət qərar verdi

Siyasət Materials 27 Sentyabr 2013 17:09 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) "RƏY" Monitorinq Mərkəzi, "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və "Konstitusiya" Araşdırmaları Fondunun prezident seçkilərində "exit-poll" keçirilməklə bağlı müraciətinə müsbət cavab verib.
MSK prezident seçkilərində "exit-poll" keçirmək üçün daha 3 təşkilatla bağlı müsbət qərar verdi

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) "RƏY" Monitorinq Mərkəzi, "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi və "Konstitusiya" Araşdırmaları Fondunun prezident seçkilərində "exit-poll" keçirilməklə bağlı müraciətinə müsbət cavab verib.

Trend-in məlumatına görə, MSK-nın cümə günü keçirilən iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, "exit-poll" keçirmək üçün müraciət etmiş hər üç qurumun bu funksiyanı həyata keçirməsində heç bir problem yoxdur.

İclasda Cəmil Həsənlinin Komissiyadakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən komissiyaya ünvanlanan müraciətə də baxılıb. Müraciətdə bildirilir ki, Azərbaycan telekanalları Seçki Məcəlləsinin tələblərini pozaraq prezidentliyə namizədlərin təbliğatını aparır. MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət daxil olandan sonra seçki mütəxəssisləri tərəfindən araşdırılıb və heç bir nöqsan aşkar olunmadığı üçün müraciət ərizəsi geri qaytarılıb.

İclasda "Demokratik Qüvvələrin Milli Şurası"nın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi və vəkil edilmiş şəxsləri də qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti