...

Mənəviyyatın ikilənməsi, yoxsa, Cəmil Həsənlinin yaddaş problemi (VİDEO)

Siyasət Materials 27 Sentyabr 2013 17:27 (UTC +04:00)
Bu gün Cəmil Həsənli keçirdiyi mitinqlərdə seçki platforması əvəzinə hakimiyyəti söyməsi, boğazdan yuxarı danışması, boş vədlər verməsi adi hal alıb.
Mənəviyyatın ikilənməsi, yoxsa, Cəmil Həsənlinin yaddaş problemi (VİDEO)

Milli Şuranın "vahid namizəd"i, siyasətçi, deputat, professor və nəhayət müxalifət düşərgəsinin radikal qanadının lideri kimi təqdim olunan Cəmil Həsənlinin digər "keyfiyyətlərindən" xəbəri olan varmı? Məsələn, onun ikiüzlü olmasından, şəraitə uyğun olaraq yalan (gop desək daha yaxşı olar - müəllif) danışmasından. Bu gün Cəmil Həsənli keçirdiyi mitinqlərdə seçki platforması əvəzinə hakimiyyəti söyməsi, boğazdan yuxarı danışması, boş vədlər verməsi adi hal alıb. Amma görünür onun xroniki xəstəlikləri yaddaşına daha pis təsir edib. Dünən danışdıqları bu gün yadından çıxıb. Elə isə Cəmil Həsənlinin yaddaşını təzələmək üçün yaxın tarixə, "vahid namizəd"in deputat olduğu illərdə Milli Məclisdə etdiyi çıxışlara ekskurs edək.

2010-cu il Milli Məclis, Cəmil Həsənli büdcə və təhsilimiz haqda danışır:

"Bu gün 2011-ci ilin Dövlət büdcəsi müzakirə olunur. Demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb. Bununla belə büdcə gəlirləri artım tempini saxlamaqdadır. Təbii ki, bu, müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki məsələni qeyd edərək, digər fikirlərimi sizlərə çatdırmaq istəyirəm. Sadəcə olaraq büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sisteminə diqqətinizi yönəltmək istərdim. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binlarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanda məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət hadisədir. İkincisi, Azərbaycan Təhsil Nazirliyi tərəfindən uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edilir. Ümid edirəm ki, bütün bunlar təhsil və xüsusilə orta məktəb sisteminin qaldırılması istimqatində Təhil Nazirliyinin götürdüyü xətti doğruldacaq".

2013-cü il "Milli Şura"nın vahid namizədi Cəmil Həsənli teledebatda çıxış edir:

"Azərbaycan neft ölkəsidir. Azərbaycan neft gəlirlərinin ən yüksək məqamını yaşadı. Baxın, 300 mindən artıq müəllim, həkim, məmur ordusunun, mədəniyyət işçilərinin əməkhaqları hansı səviyyədədir? Azərbaycan hakimiyyəti analoqsuz inkişafdan danışır. Anoloqu olmayan inkişaf xalqın maddi rifahında öz əksini tapmalıdır. Pensiyanın məbləği azdır. İnsanlar hakimiyyətə niyə səs verməlirilər? İnsanların əməkhaqları, pensiyaları bərbad vəziyyətdədir. Baxın, görün, təhsilimiz hansı səviyyədədir. Bu yaxınlarda qeyd olundu ki, 9-cu sinif buraxılış və ana dili imtahanlarından bütün şagirdlərin 46.7 faizi iki alıb. Budur sizin inkişafınız? Bu göstəricilərə görə xalq hesabat vermək lazımdır. Sabaha savadsız kütlə hazırlanır".

Gördünüzmü, aradan heç iki il keçməyib. Prezidentliyə namizəd, professor Cəmil Həsənli iki il əvvəl dediklərini inkar edir, ikiüzlülük edir, seçicilərə mənəviyyatın ikiləşməsini sübuta yetirir. Həmin kadrları dəyərli oxucularımızın diqqətinə çatdırırıq.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti