Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Bədəlova/
Azərbaycanda qarşıdan gələn prezident seçkiləri yalnız ölkənin gələcəyi üçün deyil, həm də bütün region üçün əhəmiyyətlidir. Bu barədə cümə axşamı Trend-ə açıqlamasında Fransa Parlamentinin deputatı Natali Qule bildirib.
Deputat Azərbaycana səfəri ərəfəsində bildirib: "Azərbaycan regionda sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır".
Natali Qule prezident seçkiləri zamanı Fransa Senatından olan müşahidəçilərin rəhbəri kimi oktyabrın 6-dan 11-dək Azərbaycana səfər edəcək.
Onun sözlərinə görə, beş senatordan ibarət nümayəndə heyəti ilə yanaşı Fransa 6 şəhərinin meri Naftalan şəhərinə səfər edəcək.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.