...

Fransada və Macarıstanda yaşayan azərbaycanlılar İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

Siyasət Materials 3 Oktyabr 2013 14:04 (UTC +04:00)
Fransada yaşayan azərbaycanlılar dünya azərbaycanlılarına ünvanlanan bəyanatla çıxış ediblər.
Fransada və Macarıstanda yaşayan azərbaycanlılar İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Fransada yaşayan azərbaycanlılar dünya azərbaycanlılarına ünvanlanan bəyanatla çıxış ediblər.

Trend Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, Paris Azərbaycan Evinin yaydığı bəyanatda Azərbaycanın son 10 ildə keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar sadalanır, ölkəmizin diaspor sahəsində qazandığı nailiyyətlər göstərilir:

"Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, Azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Qərbə tamamilə açıqdır və Avropanın enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayır. Bu uğurları Avropada yaşayan azərbaycanlılardan başqa kimsə daha yaxşı hiss edə bilməz".

Fransada yaşayan azərbaycanlılar oktyabrın 9-da - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə soydaşlarını yenidən yanılmadan doğru seçim etməyə, hər zaman onları diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyevin yanında olmağa çağırır.

Macarıstanda yaşayan azərbaycanlılar da prezident seçkiləri ilə əlaqədar öz mövqelərini açıqlayıblar. Bu ölkədə yaşayan soydaşlarımızın adından çıxış edən Macar-Azərbaycan Dostluq Cəmiyyəti prezident seçkisində İlham Əliyevin namizədliyinin dəstəklədiklərini bəyan ediblər.

Vətəndən kənarda yaşasalar da, Azərbaycanda gedən proseslərə biganə qalmayan Macarıstandakı azərbaycanlılar ölkəmizin yalnız İlham Əliyevin rəhbərliyi altında özünün parlaq gələcəyinə qovuşacağına, ərazi bütövlüyünün bərqərar olacağına inanırlar.

Macarıstanda yaşayan soydaşlarımız bu qənaətdədirlər ki, son 10 ildə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və dünya xalqları arasında sülhpərvər imicinin formalaşması məhz İlham Əliyevin həyata keçirdiyi düzgün xarici siyasətin nəticəsidir.

Macar-Azərbaycan Dostluq Cəmiyyəti bütün dünya azərbaycanlılarını prezident seçkilərində Azərbaycanın son 10 ildə əldə etdiyi uğurların müəllifi İlham Əliyevi dəstəkləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti