...

Cəmil Həsənlinin Gəncədə seçicilərlə görüşü yarımçıq başa çatıb

Siyasət Materials 3 Oktyabr 2013 15:15 (UTC +04:00)
Gəncədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli görüşə gələnlər arasında ona qarşı narazı adamların olduğunu görərək görüşü vaxtından əvvəl başa çatdırmalı olub.
Cəmil Həsənlinin Gəncədə seçicilərlə görüşü yarımçıq başa çatıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Gəncədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli görüşə gələnlər arasında ona qarşı narazı adamların olduğunu görərək görüşü vaxtından əvvəl başa çatdırmalı olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, C.Həsənli və Əli Kərimli çıxış edərkən iştirakçılar arasında onların siyasətinə etiraz edənlər olub. Bu zaman C.Həsənlinin tərəfdarları kobudluq ediblər, nəticədə prezidentliyə namizədin əleyhdarları ilə tərəfdarları arasında kiçik insident yaşanıb.

İnsidentin böyüməsindən ehtiyat edən C.Həsənli və onu müşayiət edənlər görüşü tez başa çatdıraraq zalı tərk ediblər. Saat 12:00-da başlaması nəzərdə tutulan görüş 12:30-da başlayıb və 13:05-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti