...

MSK Cəmil Həsənlinin müraciətini təmin etmədi

Siyasət Materials 3 Oktyabr 2013 17:31 (UTC +04:00)
Trend-in məlumatına görə, cümə axşamı keçirilən iclasda MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq: "Quraşdırılan veb-kameralar bu il keçiriləcək prezident seçkilərində məntəqələrin 20 faizini, 119 seçki dairəsini əhatə edəcək".
MSK Cəmil Həsənlinin müraciətini təmin etmədi

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameraların istifadəsi müzakirə olunub.

Trend-in məlumatına görə, cümə axşamı keçirilən iclasda MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq: "Quraşdırılan veb-kameralar bu il keçiriləcək prezident seçkilərində məntəqələrin 20 faizini və 119 seçki dairəsini əhatə edəcək".

İclasda ADP və Ədalət partiyaları tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması, Ümid Partiyasından vəkil edilmiş şəxsin isə qeydiyyatının ləğvi məsələlərinə də baxılıb.

MSK daxil olmuş müraciətlərə baxıb və müvafiq qərarlar verib. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya müraciət edərək İctimai Televiziyada keçirilən debatlarda prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini nəzərə çatdırıb və tədbir görülməsini istəyib. MSK üzvləri bildiriblər ki, müraciət kifayət qədər araşdırılıb və Hafiz Hacıyevin fikirlərində təhqir elementləri var: "Amma bu, namizədliyin ləğvinə əsas yaratmır. Seçki Məcəlləsinin müvafiq maddəsinin tətbiqi burada mümkün deyil. Yaxşı olar ki, Cəmil Həsənli bu ittihamı məhkəmə instansiyasında çəkişmə predmeti etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti