Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Axundov/
Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli səsvermə prosesində iştirak edib.
Trend-in məlumatına görə, Cəmil Həsənli 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsində səs verib.
Prezidentliyə namizədlə yanaşı onun həyat yoldaşı və qızı da səsvermə hüququndan istifadə ediblər.