...

"Rəy" Monitorinq Mərkəzi: İlham Əliyev 81,4 faiz səslə seçkilərdə qalib gəlib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 9 Oktyabr 2013 19:48 (UTC +04:00)
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyevb 81,4 faizlə səslə seçkilərdə qalib gəlib.
"Rəy" Monitorinq Mərkəzi: İlham Əliyev 81,4 faiz səslə seçkilərdə qalib gəlib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Əliyev/

"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 81,4 faiz səslə seçkilərdə qalib gəlib.

Trend-in məlumatına görə, Mərkəzin rəhbəri Rizvan Abbasov bildirib ki, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1,4 faiz, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc 0,3 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 0,3 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,3 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,7 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 0,2 faiz, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli 9,1 faiz, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 0,3 faiz, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 0,2 faiz səs toplayıb.

Onun sözlərinə görə, seçicilərin 4,4 faizi səsvermənin nəticələri ilə bağlı sorğuda iştirakdan imtina edib, etibarsız bülletenlər 1,4 faiz təşkil edib.

Mərkəz rəhbəri deyib: "Sorğu zamanı məlum olub ki, seçicilərin 66,8 faizi səsvermədə iştirak edib. Sorğu respublika üzrə 500 seçki məntəqəsində və 64 dairədə keçirilib. Bu, saat 18:30-a olan məlumatdır, lakin axşama doğru fəallığın azaldığı nəzərə alınsa, məlumatlar yekun nəticədən elə də çox fərqlənməyəcək. Nəticələr bizim üçün gözlənilməz olmadı, çünki son aylarda aparılan sorğular oxşar nəticələr göstərirdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti