...

TürkPA: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirilib

Siyasət Materials 10 Oktyabr 2013 10:11 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müvafiq beynəlxalq standartlara uyğun şəkildə keçirilib.
TürkPA: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycanda prezident seçkiləri dinc və sakit şəkildə, müvafiq beynəlxalq standartlara uyğun şəkildə keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında TürkPA müşahidə missiyasının rəhbəri Haluk İpək bildirib.

Onun sözlərinə görə, seçkilərdə 72 faiz seçici iştirak edib ki, bu da yüksək göstəricidir: "Gənclər arasında yüksək seçici fəallığını yüksək qiymətləndirmək lazımdır".

İpək, o cümlədən Azərbaycanda prezident seçkiləri ilə əlaqədar ölkədə hazırlıq və təşkilatı işlərin yüksək səviyyəsini vurğulayıb: "Seçicilərin öz Konstitusiya hüquqlarını reallaşdırmaları üçün bütün şərait yaradılıb".

Onun sözlərinə görə, seçki məntəqələrinin texniki təchizatı da yüksək səviyyədə olub. O, onlarda veb-kameraların quraşdırılmasını xüsusi vurğulayıb. Həm seçki kampaniyası, həm də seçki prosesi qəbul olunan beynəlxalq standartlara uyğun şəkildə təşkil olunub. Bütün müşahidəçilərə öz missiyalarını həyata keçirmələri üçün bərabər şərait yaradılıb.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti