...

Natali Qule: On il ərzində Azərbaycanda seçki sistemində böyük inkişaf olub

Siyasət Materials 10 Oktyabr 2013 10:31 (UTC +04:00)
Fransanın bütün beş partiyasını təmsil edən Fransadan olan müşahidəçilər Quba rayonunda monitorinq keçirib və missiyanın heç bir pozuntu müşahidə etmədiyini təsdiqləyirlər.
Natali Qule: On il ərzində Azərbaycanda seçki sistemində böyük inkişaf olub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva /

Fransanın bütün beş partiyasını təmsil edən Fransadan olan müşahidəçilər Quba rayonunda monitorinq keçirib və missiyanın heç bir pozuntu müşahidə etmədiyini təsdiqləyirlər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Fransa Senatından olan missiyanın rəhbəri Natali Qule bildirib.

Qulenin sözlərinə görə, on il bundan əvvəl o, İlham Əliyevin qalib gəldiyi ilk seçkilərdə missiyanın üzvü kimi iştirak edib və ona görə də ölkə ilə yaxşı tanışdır.

Qule bildirib: "Mən nə dediyimə görə məsuliyyət daşıyıram, on il ərzində mən Azərbaycanda seçki sisteminin inkişafında böyük inkişaf gördüm".

Fransa Senatından olan müşahidəçilər missiyasının digər üzvünün sözlərinə görə, seçkilər yüksək səviyyədə keçirilib və seçki məntəqələrində heç bir problem yaşanmayıb. Onun sözlərinə görə, missiyanın bütün üzvləri eyni mənzərənin şahidi olublar.

O bildirib: "Mən Fransa və Azərbaycandakı səsvermə prosesi arasında heç bir fərq görmürəm. Ancaq Azərbaycanda seçkiləri daha çox missiya izləyir".

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti