...

Bolqarıstanlı deputat: Dünən biz Azərbaycandan demokratiya öyrəndik

Siyasət Materials 10 Oktyabr 2013 11:49 (UTC +04:00)
Dünən biz Azərbaycandan demokratiya öyrəndik, əsl demokratiyanın necə olduğunu gördük.
Bolqarıstanlı deputat: Dünən biz Azərbaycandan demokratiya öyrəndik

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

Dünən biz Azərbaycandan demokratiya öyrəndik, əsl demokratiyanın necə olduğunu gördük. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Bolqarıstan Parlamentindən olan missiyanın üzvü Həmid Həmid bildirib.

"Dünən bir qalib - Azərbaycan xalqı var idi". Bolqarıstanlı deputat bildirib ki, qısa müddət ərzində Azərbaycan xalqı demokratiyanın yüksək səviyyəsinə nail olub.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti