...

Avropa Strateji Kəşfiyyat Mərkəzi: Azərbaycanda keçirilmiş prezident seçkiləri maksimum şəffaf olub

Siyasət Materials 10 Oktyabr 2013 12:18 (UTC +04:00)
Azərbaycanda keçirilmiş prezident seçkiləri maksimum şəffaf və beynəlxalq standartlara uyğun olub.
Avropa Strateji Kəşfiyyat Mərkəzi: Azərbaycanda keçirilmiş prezident seçkiləri maksimum şəffaf olub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir V. Javoronkova/

Azərbaycanda keçirilmiş prezident seçkiləri maksimum şəffaf və beynəlxalq standartlara uyğun olub. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda mətbuat konfransında Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) rəhbəri Klod Monike deyib.

Onun sözlərinə görə, Azərbaycanın keçid dövründə olmasına baxmayaraq, ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirildi: "ESISC missiyasının müşahidəçiləri Bakı, Sumqayıt və digər rayonlarda 200 seçki məntəqəsində, həmçinin səsvermənin hesablandığı 11 məntəqədə olublar".

Müşahidəçilərin baş çəkdiyi məntəqələr arasında məhdud imkanlı insanlar üçün səyyar seçki məntəqəsi, Ədliyyə Naziliyinin Penitensiar Xidmətinin 11 saylı islah müəssisəsində səs vermək üçün xüsusi məntəqə, Bakıda hərbi hissələrin birində xüsusi seçki məntəqəsi və Bakıda məhdud imkanlı insanlar üçün 1 saylı xüsusi seçki məntəqəsi var.

K.Monikenin sözlərinə görə, missiya üzvləri müşahidələrin nəticələrinə əsasən qeyd ediblər ki, yerli seçki komissiyalarına və milli müşahidə missiyalarına xeyli sayda qadın daxildir. Missiya nümayəndələri, həmçinin seçkilərdə seçicilər arasında gənclərin çoxluğunu və xeyli sayda yerli müşahidəçilərin olduğunu vurğulayıblar.

ESISC prosesin çətin olmasına baxmayaraq, islah müəssisələrində səsvermə prosesinin savadlı təşkilindən və məhdud imkanlı isnanların səs verməsi üçün səyyar məntəqələrin təşkilindən məmnunluqlarını ifadə ediblər.

Onun sözlərinə görə, müşahidəçilər səslərin hesablanması üçün məntəqələrdə qanunvericiliyin bütün normalarına ciddi riayət edildiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti