...

COPPPAL müşahidə missiyasının rəhbəri: Müşahidəçilər Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular

Siyasət Materials 10 Oktyabr 2013 12:04 (UTC +04:00)
Müşahidəçilər prezident seçkilərində Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular.
COPPPAL müşahidə missiyasının rəhbəri: Müşahidəçilər Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S.Ağayeva/

Müşahidəçilər prezident seçkilərində Azərbaycan vətəndaşlarının iradəsinin azad şəkildə ifadəsinin şahidi oldular. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Latın Amerikası və Karib dənizi Siyasi Partiyaları Təşkilatından (COPPPAL) olan missiyanın rəhbəri Qustavo Karvahal bildirib.
Karvahalın sözlərinə görə, missiya üzvləri səhər saatlarından etibarən seçicilərin yüksək fəallığını vurğulayıblar.

O bildirib ki, seçkilər beynəlxalq normalara uyğun şəkildə keçirilib və seçicilərin seçdikləri prezident bundan sonra da ölkənin inkişafı üçün hər şey edəcək.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın ilkin nəticələrinə görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 72 faizindən daxil olan protokollara əsasən 84,73 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti