...

MDB müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri legitim, demokratik və obyektiv keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Oktyabr 2013 12:34 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanda keçirilmiş prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilib.
MDB müşahidə missiyası: Azərbaycanda prezident seçkiləri legitim, demokratik və obyektiv keçirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir S. Ağayeva/

Azərbaycanda prezident seçkiləri legitim, demokratik və obyektiv keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı MDB müşahidə missiyasının başçısı, MDB-nin icraçı katibi Sergey Lebedev prezident seçkilərinin yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, missiya sentyabrın 10-dan etibarən 1973 məntəqəyə baş çəkərək seçkilərə hazırlıq üzrə dəqiq işin şahidi olub: "Missiyanın məqsədi seçicilərin hüquqlarının pozulub-pozulmadığına və seçkilərin ölkə qanunvericiliyinin müddəalarına uyğunluğuna nəzarət etmək olub".

S. Lebedev qeyd edib ki, Azərbaycanda prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilib: "Azərbaycanda prezidentliyə namizədlər və hakimiyyət nümayəndələri ilə keçirilmiş çoxsaylı görüşlər seçkilər barədə daha obyektiv məlumat almaq imkanı yaratdı. MDB-dən olan müşahidəçilərin fikrincə, səsvermə üçün şəffaf seçki qutuları və 1000 seçki məntəqəsində veb-kameranın olması daxil olmaqla seçki prosesi texniki təchizat baxımından da çox mütəşəkkil keçirildi".

S. Lebedevin sözlərinə görə, hər bir seçki məntəqəsində tibb məntəqələrinin və uşaqlar üçün otaqların mövcudluğu önəmlidir ki, bu da seçicilərin rahatlığına xidmət edib: "Seçki məntəqəsinə şəxsən gələ bilməyən insanlar üçün də səsvermə imkanları təmin edilmişdi. MDB missiyasının üzvləri ölkənin bir çox regionlarında olublar. Missiyanın tərkibinə diplomatlar, MSK üzvləri və MDB ölkələrinin 6 MSK rəhbəri daxil olub".

Missiya müşahidələrin yekunu olaraq daha sonra açıqlanacaq rəy layihəsi hazırlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti