...

Hindistanlı müşahidəçilər: Azərbaycanda şəffaf, azad və ədalətli seçkilər keçirilib (FOTO)

Siyasət Materials 10 Oktyabr 2013 13:13 (UTC +04:00)
Azərbaycanda keçirilən prezident seçkiləri şəffaf, azad və ədalətlilik prinsiplərinə uyğun gəlir.
Hindistanlı müşahidəçilər: Azərbaycanda şəffaf, azad və ədalətli seçkilər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycanda keçirilən prezident seçkiləri şəffaf, azad və ədalətlilik prinsiplərinə uyğun gəlir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Hindistandan olan müşahidəçilər missiyasının bəyanatında bildirilir.

Bəyanatda bildirilir ki, seçkilər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçirilib. Müşahidəçilər qrupu, o cümlədən seçkilərin keçirilməsini ölkənin demokratiya yolunda inkişafına addım kimi qiymətləndirib.

Hindistan Parlamentinin 15 deputatından ibarət müşahidəçilər qrupu seçkilərin keçirilməsinə bir neçə gün qalmış Bakıya gəliblər.

Missiyanın nümayəndəsi vurğulayıb ki, səsvermə prosesini beynəlxalq müşahidəçilər də daxil olmaqla xeyli sayda müşahidəçi izləyib. Hindistandan olan müşahidəçilər qrupu seçki məntəqələrində qanun pozuntusu qeydə almayıb.

Missiya üzvləri, o cümlədən siyasi partiyaların nümayəndələri ilə görüşüblər. Müşahidəçilərin sözlərinə görə, onlarda hər hansı bir qayda pozuntusu qeydə almayıblar.

Qeyd edək ki, dünən Azərbaycanda prezident seçkiləri keçirilib.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü seçkilərin yekununa dair keçirdiyi brifinqdə bəyan edib ki, ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak edib. MSK-nın məlumatına görə, Azərbaycanın hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev məntəqələrin 99,53 faizindən daxil olan protokollara əsasən, 84,59 faiz səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti