...

Pakistanın müşahidə missiyası Azərbaycanda prezident seçkilərinə yüksək qiymət verib

Siyasət Materials 10 Oktyabr 2013 13:34 (UTC +04:00)
Pakistan parlamentinin müşahidəçilər missiyası Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirir və inamlı qələbə münasibəti ilə İlham Əliyevi təbrik edir.
Pakistanın müşahidə missiyası Azərbaycanda prezident seçkilərinə yüksək qiymət verib

Azərbaycan, Bakı, 10 oktyabr/Trend, müxbir S. Ağayeva/

Pakistan Parlamentinin müşahidəçilər missiyası Azərbaycanda prezident seçkilərini yüksək qiymətləndirir və inamlı qələbə münasibətilə İlham Əliyevi təbrik edir. Trend-in məlumatına görə, bunu cümə axşamı mətbuat konfransında missiyanın rəhbəri, senator Muşahid Hüseyn Səid deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda inkişaf və çiçəklənmə adasıdır. Pakistanın 6 siyasi partiyasının nümayəndələrinin daxil olduğu missiyanın rəhbəri bildirib ki, keçirilmiş seçkilər ölkə qanunvericiliyinin tələblərinə cavab verib və müşahidəçilər səsvermə zamanı ciddi qanun pozuntularına rast gəlməyiblər.

Pakistanlı müşahidəçi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Pakistan Parlamentinin deputat qrupu adından Azərbaycana tam dəstəklərini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti