...

Britaniyalı deputat: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Siyasət Materials 10 Oktyabr 2013 17:32 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri beynəlxalq standarlara uyğun şəkildə keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Böyük Britaniya parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Maykl Corman bildirib.
Britaniyalı deputat: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanda prezident seçkiləri beynəlxalq standarlara uyğun şəkildə keçirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr olunan mətbuat konfransında Böyük Britaniya parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Maykl Corman bildirib.

O deyib: "Mən yalnız seçkiləri deyil, hətta səslərin hesablanması prosesini də müşahidə etdim".

M.Cormanın sözlərinə görə, seçicilər seçkilər prosesinə tam şəkildə etibar ediblər.

Onun sözlərinə görə, heç bir əhəmiyyətli qayda pozuntusu qeydə alınmayıb: "Seçki günü sübut etdi ki, Azərbaycan demokratiyanın inkişafı planında böyük tərəqqiyə nail olub".

Böyük Britaniya nümayəndə heyəti üzvünün sözlərinə görə, seçkilərin bütün prosedurları beynəlxalq normalara uyğun idi, baş vermiş bəzi cüzi nöqsanları isə asanlıqla aradan qaldırmaq olar.

M.Cormanın sözlərinə görə, ölkəyə dəvət olunan xeyli sayda müşahidəçi onu göstərir ki, Azərbaycan seçkiləri azad və açıq şəkildə keçirmək istəyirdi:

"Azərbaycan vətəndaşları öz fikirlərini asan şəkildə ifadə edə və öz seçimlərini edə bilərlər. İnsanların seçkilərdə iştirak etmək istəyi və hazırlığı, hətta məntəqələrdəki növbələr böyük vətəndaş aktivliyindən xəbər verir".

M.Corman bildirib ki, namizədlərin teledebatlarının təşkili yaxşı praktikadır və azad debat ab-havası ölkədə demokratiyanın inkişafı üçün gözəl imkanlar yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti