...

İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbriklər davam edir

Siyasət Materials 10 Oktyabr 2013 22:20 (UTC +04:00)
Nyu Meksiko ştatından Konqresin üzvü Mişel Lujan Qrişam İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyevə yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbriklər davam edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Nyu Meksiko ştatından Konqresin üzvü Mişel Lujan Qrişam İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ olan seçkilər münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Demokratik prosesin vacib hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim təklif edir.

Amerika Birləşmiş Ştatları və Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və çiçəklənmənin təbliği üçün birlikdə işləyirlər. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ ilə təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirirəm.

Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu mühüm enerji layihəsində Azərbaycanın liderliyini qiymətləndirir.

Növbəti prezidentliyiniz müddətində ölkələrimizin regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi inkişaf və demokratik dəyərlərlə bağlı maraqlarının təminində əməkdaşlığının davam edəcəyinə və möhkəmlənəcəyinə ümid edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında Azərbaycan və ABŞ daha güclü tərəfdaşlar olacaqlar.

Prezident Əliyev, ölkənizi irəliyə apardığınız üçün Sizə və xalqınıza Azərbaycanın bir dostu kimi uğurlar arzulayıram".

ABŞ senatoru Rocer Vikerdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

Ötən iki onillikdə Amerika Birləşmiş Ştatları və Azərbaycan strateji və dinamik tərəfdaşlıq qurmuşlar. Biz bir çox ümumi məqsəd və maraqları bölüşürük. Bunların ən vaciblərindən biri qlobal və regional təhlükəsizliyin təminidir.

ABŞ və Azərbaycan qoşunları birlikdə Əfqanıstanda, İraqda və Kosovoda birlikdə xidmət etmişlər. Biz terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmamasında tərəfdaşıq. Bundan başqa, Sizin ölkəniz ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarında etibarlı təchizat marşrutu kimi çıxış edir.

Biz yeni və çox vacib qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın bəxti gətirmişdir ki, Xəzər dənizi regionunda Azərbaycan kimi sabit müttəfiqi vardır. Gələcək illərdə ortaq maraqlarımızın daha da artacağına ümid edirəm.

Cənab Prezident, ölkənizi irəliyə apardığınız üçün Sizə və xalqınıza Azərbaycanın bir dostu kimi uğurlar arzulayıram".

ABŞ Konqresinin üzvü Leonard Lansdan:

"Bir daha Azərbaycan Prezidenti seçilməniz münasibətilə sizi təbrik etmək istərdim. Ümumxalq seçkilərinin keçirilməsi demokratik prosesin ayrılmaz hissəsi və Sizin və Azərbaycan xalqının fəxr etməli olduğu bir nailiyyətdir.

Regiondakı və dünyadakı ümumi strateji maraqlarımıza uyğun olaraq Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Sizin dəstəyinizlə biz ekstremizimin yayılması ilə mübarizədə böyük işlər görmüşük.

Avropanın enerji təhlükəsizliyinin inkişaf etdirilməsi cəhdində Azərbaycan lider olmuşdur. "Cənub" qaz dəhlizinin Avropa marşrutu kimi Trans-Adriatik boru kəmərinin seçilməsi sizin layihəyə olan öhdəliyinizin sübutudur.

Gələcək vəzifə müddətinizdə Sizə uğurlar arzulamaq və əməkdaşlığımızın davam etdirilməsində maraqlı olduğumu bildirmək istərdim".

ABŞ Konqresinin üzvü Gin Qrindən:

"Oktyabrın 9-da yenidən prezident seçilməyiniz Sizin Azərbaycan xalqına bəxş etdiyiniz sabitlik, sülh və çiçəklənmənin təsdiqidir.

Texas ştatının 29-cu seçki dairəsi adından davamlı rəhbərliyiniz üçün Sizə təşəkkürümü bildirir və Xəzər regionu və qərbi Asiyada sülh və çiçəklənmənin inkişafında Azərbaycanın verdiyi töhfələri qəbul edirik.

Dünyanın enerji paytaxtından seçilmiş nümayəndə kimi xüsusilə regionlarımız arasındakı iqtisadi əlaqələrin inkişafında və xalqlarımızın sülh və çiçəklənməsi üçün gələcəkdə də sizin hökumətinizlə çalışmaqda maraqlıyam.

Gənc demokratik ölkə kimi Azərbaycanın bundan sonra da demokratik islahatlar həyata keçirməyə davam edəcəyinə və insan hüquqlarının müdafiəsini artıracağına ümidvaram. Güclü yerli müəssisələr sübut etmişlər ki, Xəzər bölgəsinin parlaq ulduzlarından biri kimi iqtisadi inkişafa və sabitliyə təkan vermək üçün Azərbaycan bu vacib məsələlərdə müsəlman dünyasının aparıcı səsinə çevrilmək imkanına malikdir.

Sonda Azərbaycan xalqına Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mühüm üzvü kimi Əfqanıstanda göstərdiyi dəstəyə və verdiyi qurbanlara və bütün dünyada beynəlxalq terrorizmlə mübarizədə göstərdiyi davamlı yardıma görə təşəkkür etmək istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti