Azərbaycan, Bakı, 11 oktyabr / Trend /
Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas İsrail baş naziri Benyamin Netanyahu ilə ilkin şərtlər olmadan görüşə razılıq verib, görüş yaxın günlərdə Qüdsdə baş tuta bilər. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Jerusalem Post qəzeti xəbər verir.
Fələstin hakimiyyətinin nümayəndəsi bildirib ki, Abbas Netanyahu ilə görüşəcəyi haqqında öz razılığını artıq İsrail-Fələstin danışıqlarının əsas təşkilatçısı olan ABŞ prezidenti administrasiyasına bildirib.
Bundan öncə muxtariyyət rəhbəri irəli sürdüyü şərtlər barədə məlumat verilmir.
"Biz gözləyirik ki, görüş yaxın günlərdə baş tutacaq", - mənbə bildirib.