Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Oktyabrın 11-də Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Bidzina İvanişvili prezident seçkilərində əldə etdiyi böyük qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmiş, ona Prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş nazirinə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə etmişlər.
XXX
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:
"Sizin üçüncü müddətə ali dövlət vəzifəsinə - Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin.
Uzun illər boyu Siz haqlı olaraq, həm Azərbaycan Respublikasının tanınmış lideri, həm də dünya siyasətinin də ən parlaq simalarından birisiniz, ən mühüm və regional dünya problemlərinin həllində Sizin rəyiniz və mövqeyiniz dəfələrlə həlledici rol oynamışdır. Sizin keçdiyiniz zəngin həyat yolu öz ölkənizə hədsiz sevgi və sədaqət, yüksək peşəkarlıq, daimi vəzifə borcu hissi, məqsədyönlülük və müdriklik, ən mürəkkəb məsələləri həll etməyi, daim öz xalqının rifahı naminə xidmət etməyi bacarmaq nümunəsidir. İcazə verin, Sizə ən böyük uğurlar, yüksək dövləti işlərinizdə yeni nailiyyətlər arzulayım".
XXX
Ukraynanın sabiq Prezidenti Leonid Kuçma da İlham Əliyevi təbrik edib:
"Üçüncü müddətə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Əminəm ki, bu, təkcə Sizə yüksək etimadın təsdiqi deyil, həm də Azərbaycanın bütün vətəndaşlarının xeyrinə siyasi və iqtisadi islahatların həyata keçirilməsi üçün mandatdır.
Ürəkdən inanıram ki, Sizin bilikləriniz, Sizə şəksiz xas olan effektiv dövlət meneceri keyfiyyətləri bundan sonra da ölkənin sosial-iqtisadi inkişafı, Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsi naminə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı və firavanlıq, siyasi fəaliyyətinizdə uğurlar, əməksevər Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".
XXX
Qətər Dövlətinin əmiri Təmim bin Həməd Al Tani İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Qətər Dövlətinin xalqı və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ürəkdən gələn təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin gələcək illərdə də gücləndirilməsi arzumuzu bir daha diqqətinizə çatdırmaq istərdim".
XXX
Qırğız Prezidenti Almazbek Atambayev İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanda prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə aldığınız dəstək Azərbaycan xalqı tərəfindən Sizə olan böyük etimadın və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir. Qəti əminəm ki, Sizin yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyinizlə, ölkələrimiz arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının firavanlığı və çiçəklənməsinə yönəlmiş dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".
XXX
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Salam əleykum! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, eləcə də Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı gözəl dostluq münasibətləri və əməkdaşlıq yeni dövrdə də inkişaf edəcək, ölkələrimiz arasındakı təmaslar isə qarşılıqlı hörmət əsasında xalqlarımızın mənafeyinə uyğun olaraq daha artıq genişləndiriləcəkdir.
Uca Tanrıdan Cənabınıza müvəffəqiyyətlər, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövlətinə və xalqına isə səadət və xoş günlər arzulayıram".
XXX
İsrail Prezidenti Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Şimon Peres Prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Prezidentinə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycanla İsrail arasında əlaqələrin müxtəlif aspektlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XXX
Özbəkistan Prezidenti İslam Kərimov İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə qeyd edilir: "Hörmətli İlham Heydər oğlu, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.
Əminəm ki, Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu gözəl fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram".
XXX
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:
"Dost və qardaş Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilən azad və demokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-ailələrinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirmək istəyirəm.
Zati-alilərinin geniş təcrübəsinin və müdrik liderliyinin keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının inkişafına və rifahına böyük töhfə verəcəyinə, təşkilatımıza üzv ölkələr ilə Azərbaycan Respublikasının köklü dostluğa əsaslanan sarsılmaz əlaqələrinin və mədəniyyət, incəsənət sahəsində həyata keçirilən ortaq fəaliyyətimizin genişlənərək inkişafa davam edəcəyinə olan inamımı bu münasibətlə bir daha vurğulamaq istəyirəm.
Əmin ola bilərsiniz ki, Beynəlxalq TÜRKSOY təşkilatı hər zaman olduğu kimi, bu gün də dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ucaldılması, Türk dünyası mədəniyyətinin və incəsənətinin tanıdılması və yayılması, üzv ölkələrin dünya mədəniyyətinin inkişafında yer alması istiqamətində göstərilən bütün fəaliyyətlərdə daim Azərbaycan xalqının yanında olacaqdır.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı və inkişafı ilə bağlı ən xoş arzularımı çatdırır, ən dərin ehtiramımı qəbul etməyinizi diləyirəm".
XXX
Qətər dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tanidən:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə cansağlığı və davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə daha da çiçəklənmə və inkişaf arzularımla birgə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
XXX
Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovdan:
"Azərbaycan Respublikasının tarixində bu əlamətdar günlərdə Volqoqrad vilayəti hökuməti adından və şəxsən öz adımdan Sizi ümummilli seçkilərdə inamlı qələbəniz münasibətilə təbrik edirəm. Bu qələbə Prezidentin fəaliyyət xəttinin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsini bir daha nümayiş etdirdi. Sizin qələbə sevincinizə şərik olaraq Sizə səmimi qəlbdən möhkəm cansağlığı və işimizdə yeni uğurlar arzulayıram, Volqoqrad vilayəti ilə Azərbaycan respublikasının regionlarının dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə ümid və inamımı bildirirəm".
XXX
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan:
"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ölkə vətəndaşları etimad mandatını növbəti dəfə Sizə təqdim etmişlər. Bu da məsul vəzifədə fəaliyyətinizin yüksək qiymətləndirildiyini, Azərbaycan sakinləri arasında böyük nüfuz qazandığınızı və onların bundan sonra da Sizin rəhbərliyiniz altında dövlətin inkişafı yolunda irəliləməyə hazır olduqlarını göstərir. Doğma xalqın, demək olar, yekdil dəstəyi Sizi yeni nailiyyətlərə ruhlandırır, nəzərdə tutulan bütün məqsədlərə nail olmağınıza və planlarınızı həyata keçirməyinizə kömək edir. Sizə qarşıdakı prezidentlik fəaliyyətinizdə, gözəl Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.
Tatarıstana olan səmimi münasibətiniz və Sizin qələbəniz bizim üçün həm də onun təminatıdır ki, Sizin iştirakınızla çoxtərəfli Tatarıstan-Azərbaycan əməkdaşlığı salnaməsinə yeni parlaq səhifələr yazılacaqdır. Ümidvarıq ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə ən səmimi hörmətimə əmin olun. Sizə və Sizin yaxınlarınıza sağlamlıq və xoşbəxtlik arzulayıram".
XXX
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə Sizin yorulmaz səmərəli fəaliyyətinizin nəticəsidir, Azərbaycan Respublikasının başçısı kimi yüksək nüfuzunuzu təsdiq edir. Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifədə Sizə səmimi qəlbdən uğurlar, möhkəm cansağlığı, şəxsi səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".
XXX
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarman və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlayndan:
"Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir. Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq. Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik".
XXX
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkindən:
"Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.
Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram".
XXX
Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedovdan:
"Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə təbrik edirəm. Sizin üçüncü müddətə yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz cəmiyyətdə şəksiz nüfuzunuzu, Azərbaycan xalqının Sizə böyük etimadını göstərir.
Sizə Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə yeni möhtəşəm uğurlar arzulayıram".
XXX
Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Prezidenti Maykl Kassen və Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin baş icraçı direktoru Hovard Kohrdən:
"Sizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ABŞ-ın yəhudi icması və Amerika-İsrail İctimai Əlaqələr Komitəsi adından təbriklərimizi çatdırmaq istərdik.
Azərbaycanın yəhudi icmasına göstərdiyiniz dəstəyi və İsrail dövləti ilə dinamik əlaqələri qoruyub saxlamaq marağınızı yüksək qiymətləndiririk. Regionda strateji məsələlər sahəsində əlaqələr gələcək aylarda və illərdə daha mühüm əhəmiyyət kəsb edəcəkdir.
Amerikalılar kimi, biz Azərbaycan ilə ABŞ arasındakı terrorizmlə mübarizə məsələsindən enerji məsələlərinədək müxtəlif sahələri əhatə edən mühüm əlaqələri yüksək qiymətləndiririk.
Bir daha Sizə ən səmimi təbriklərimizi, Sizin administrasiyanıza və Azərbaycan Respublikasına ən xoş arzularımızı çatdırırıq".
XXX
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan:
"Yenidən böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz Sizin şəksiz nüfuzunuzun haqlı olaraq etiraf edilməsi, Azərbaycan xalqı tərəfindən Sizə dərin hörmətin, daimi dəstəyin təzahürüdür. Azərbaycanın bütün həqiqi dostları bu dəstəyə şərikdir. Şübhəsiz, bu, Sizin dahi atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinə hörmətin ən yaxşı əlamətidir.
Sizin qələbəniz Rusiya cəmiyyətində ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin etimada əsaslanan qarşılıqlı əlaqələrinin hərtərəfli inkişafına yönəlmiş ardıcıl fəaliyyət xəttinin təminatı kimi qəbul edilir.
Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının çiçəklənməsi, əmin-amanlıq və tərəqqisi naminə uğurlar diləyirəm".
XXX
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:
"Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Siz Azərbaycan Respublikasına şərəf və ləyaqətlə rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında Azərbaycan iqtisadi və sosial inkişafda sanballı nəticələrə nail olmuş, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmişdir və Rusiya ilə çoxşaxəli dostluq münasibətlərini inkişaf etdirir. MDBMİ məzunlarının Bakı Forumu zamanı ölkənizin nailiyyətlərini əyani görmək imkanımız oldu.
Siz MDBMİ-nin məzunu olan dostlarınızın dəstəyinə həmişə güvənə bilərsiniz. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti vəzifənizdə uğurlar arzulayıram".