...

Gürcüstan DİN vətəndaşları baş vermiş pozuntularla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb

Siyasət Materials 27 Oktyabr 2013 15:06 (UTC +04:00)
Gürcüstan DİN vətəndaşları və siyasi partiyaları baş vermiş pozuntularla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. Trend-in məlumatına görə, bunu daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani deyib.
Gürcüstan DİN vətəndaşları baş vermiş pozuntularla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan DİN vətəndaşları və siyasi partiyaları baş vermiş pozuntularla bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. Trend-in məlumatına görə, bunu daxili işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Qiorqobiani deyib.

Onun sözlərinə görə, polis hər bir fakta təcili reaksiya verəcək və adekvat tədbirlər görəcək.

Zemo Paniçaladakı insident bağlı danışan Qiorqobiani bildirib ki, bununla bağlı polisə məlumat daxil olmayıb.

"Biz bu məsələni araşdıracağıq. Əgər fakt təsdiqlənsə, adekvat qərar veriləcək. Siyasi partiyaların polisin onların tərəfdarlarına təzyiq etməsilə bağlı məlumatları isə yalandır və ictimai fikri çaşdırmağa hesablanıb. Gürcüstan DİN bir daha hər kəsi, eyni zamanda, siyasi partiyaları təxribat xarakterli açıqlamalar verməkdən çəkinsinlər, süni qarşıdurma yaratmasınlar. Seçkilər sakit şəraitdə keçirilir. Amma bir daha təkrar edirəm, əgər pozuntu aşkar olunarsa, mütləq polisə məlumat verilsin və biz tez bir zamanda məsələni araşdıracağıq" - deyə o əlavə edib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Georgiy Vaşadze bildirib ki, hakim partiya "Gürcü arzusu"nun fəalları Zemo Paniçalada müşahidəçilərə fiziki xətər yetiriblər.

Xəbər lenti

Xəbər lenti