...

İran Parlamentinin spikeri Çinə səfər edəcək

Siyasət Materials 28 Oktyabr 2013 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran Parlamentinin spikeri Əli Laricani oktyabrın 29-da Çinə rəsmi səfər edəcək. Bunu İran Parlamenti spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxul-İslam deyib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Səfər zamanı Laricaninin Çin Xalq Respublikasının sədri, Çin Xalq Konqresinin rəhbəri və digər rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, iki ölkə arasında mədəni və siyasi əlaqələrin artırılması kimi məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti