...

İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

Siyasət Materials 30 Oktyabr 2013 15:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bolqarıstan Respublikasının keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.
İlham Əliyev Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul edib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bolqarıstan Respublikasının keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.

Dövlətimizin başçısı Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovun III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi. Forumun artıq ənənəvi olaraq hər il keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirə beynəlxalq marağın ildən-ilə artdığını dedi. Azərbaycan Prezidenti III Bakı Beynəlxalq Humanitar Forumunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısını prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edən Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov bu qələbəni Azərbaycan xalqının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə verdiyi dəstəyin göstəricisi kimi dəyərləndirdi. O, bundan sonra da Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin fəal və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini vurğuladı. Georgi Pırvanov III Bakı Beynəlxalq Humanitar Forumunda yenidən iştirakından məmnunluğunu bildirdi.

Xoş sözlərə təşəkkürünü bildirən Prezident İlham Əliyev Georgi Pırvanovun ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi töhfəni xüsusi qeyd etdi. Özünün Bolqarıstana, Georgi Pırvanovun isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin yeni formatının yaradılmasında bu səfərlərin önəmini vurğuladı və münasibətlərimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu dedi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti