...

Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb

Siyasət Materials 30 Noyabr 2013 19:09 (UTC +04:00)
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz şəhər bələdiyyəsinin yeni sədri Sadiq Nəcəfi ilə görüşüb.
Azərbaycanın Təbrizdəki baş konsulu şəhər bələdiyyəsinin yeni sədri ilə görüşüb

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə Təbriz şəhər bələdiyyəsinin yeni sədri Sadiq Nəcəfi ilə görüşüb.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, S.Nəcəfini bələdiyyə sədri seçilməsi münasibətilə təbrik edən Ə.Əlizadə Bakı və Təbrizin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq, Bakı və Azərbaycanın digər şəhərləri ilə iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində Təbriz şəhərinin də önəmli rola malik olduğunu bildirib.

Təbrikə görə təşəkkürünü bildirən bələdiyyə sədri Təbriz şəhəri ilə Bakı və Azərbaycanın digər şəhərləri arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində bir çox ortaq zəminlərin olduğunu vurğulayıb, Təbriz bələdiyyəsinin də əlaqələrin daha da inkişafı və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.

Görüşdə bələdiyyələr arasında əlaqələrin gələcək inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti