Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İzzət/
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov professor Cəmil Həsənlinin universitetdən uzaqlaşdırılmasına münasibət bildirib.
Trend-in məlumatına görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli xəstəliyi ilə əlaqədar 2 il əvvəl öz ərizəsi ilə universitetdən çıxsa da, universitet rəhbərliyi məsləhət bilib ki, aspirant və magistrantlara dərs desin.
A.Məhərrəmov deyib ki, C.Həsənlinin bunu davam etdirməyə də imkanı olmayıb: "Bir il dərs apardı, amma növbəti il dərs deməyə gəlmədiyi üçün öz ərizəsi ilə kənarlaşdırıldı".