...

Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Siyasət Materials 12 Dekabr 2013 09:52 (UTC +04:00)
Həyatını müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına sərf etmiş dahi Heydər Əliyev şəxsiyyəti dünya azərbaycanlılarının qəlbində əbədiyaşar lider obrazına çevrilib.
Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Həyatını müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına sərf etmiş dahi Heydər Əliyev şəxsiyyəti dünya azərbaycanlılarının qəlbində əbədiyaşar lider obrazına çevrilib. Bu devizlə bir araya gələn Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəalları əllərində yanan rəngbərəng şamlarla ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət ediblər.

UAGB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gənclər ulu öndərin heykəli önünə tər çiçəklər qoymaqla onun xatirəsinə sönməz sevgi və ehtiramlarını bildiriblər. Heydər Əliyev parkını rəngarəng şamlarla çılçıraq edən azərbaycanlı gənclər əbədiyaşar lider obrazının işığı ətrafında ulu öndərə olan tükənməz sevgi və rəğbətlərini bölüşüblər.

Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsindəki əvəzolunmaz xidmətlərindən danışıb. "Biz Azərbaycanın bölgədə lider, beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrilməsinə görə Heydər Əliyev şəxsiyyətinə borcluyuq" deyən Anar Tahirov ulu öndərin dünya duruqca xalqımızın qəlbində yaşayacağını vurğulayıb.

Anım mərasimində ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, UAGB-nin sədr müavini Cavid Hüseynzadə, birliyin Xerson vilayət təşkilatının sədri Elbin Quliyev, UAGB-nin icraçı katibi Elməddin Zərbəlizadə və digər çıxış edən gənclər ulu öndərin bizlərə ərmağan qoyub getdiyi müstəqil Azərbaycan dovlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçməsindən qürur duyduqlarını bildiriblər.

Gənclərin təşkil etdiyi anım mərasimi havanın 10 dərəcə şaxta olmasına baxmayaraq, gecə saatlarına qədər davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti