...

Azərbaycan Prezidenti "bp" şirkətinin baş icraçı direktorunu qəbul edib

Siyasət Materials 17 Dekabr 2013 19:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "bp" şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Azərbaycan Prezidenti "bp" şirkətinin baş icraçı direktorunu qəbul edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "bp" şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti